Rəqəmsal dövrdə mobil tətbiqlər, istifadəçilərlə birbaşa və davamlı əlaqə yaratmağın ən effektiv yoludur. CodeZone komandası olaraq, biznes məqsədlərinizə uyğun Android və iOS üçün yerli və ya hibrid mobil tətbiqlər hazırlayırıq.
Hazırladığımız tətbiq növləri:
- E-ticarət mobil tətbiqləri
- Karqo və çatdırılma izləmə tətbiqləri
- Təhsil və imtahan sistemləri üçün mobil platformalar
- CRM və ERP sistemlərinə bağlı daxili tətbiqlər
- Xidmət bronlama və ödəniş tətbiqləri
- Startap və marketplace tətbiqləri
Əsas texniki xüsusiyyətlər:
- Flutter, Kotlin, Swift, React Native texnologiyaları
- Çevik UI/UX dizayn və yüksək performans
- Push bildiriş sistemi (Firebase, OneSignal və s.)
- Offline işləmə funksiyası (istəyə görə)
- Mobil ödəniş və kart sistemləri ilə inteqrasiya
- API və mövcud sistemlərə texniki bağlantı
- Admin panel və məlumat analitikası dəstəyi
- App Store və Play Market yerləşdirmə və dəstək
Mobil tətbiqdə AI funksiyaları
Mövcud məhsula AI funksiyası əlavə etməzdən əvvəl istifadə ssenarisini, məlumat mənbələrini və inteqrasiya imkanlarını yoxlayırıq. Ağıllı axtarış, sual-cavab, mətn xülasəsi və məlumat çıxarılması kimi funksiyalar layihənin ehtiyacına uyğun seçilir. Xarici provayder xərcləri, giriş hüquqları və nəticələrin yoxlanması əvvəlcədən müəyyənləşdirilir.
Layihəyə necə başlayırıq?
Əvvəlcə prosesi, mövcud sistemləri və uğur meyarlarını müəyyənləşdiririk. Sonra prototip, inteqrasiya və yoxlama mərhələlərini razılaşdırırıq. Müddət və qiymət bu iş həcminə əsasən hesablanır.