Logistika həlləri

CodeZone olaraq 30-dan çox yerli və xarici karqo və logistika şirkəti üçün TMS, WMS, OCR və Smart Customs inteqrasiyası olan çatdırılma sistemləri hazırlamışıq.

Həllərimizə eyni zamanda mühasibatlıq, Smart Kassa, operator paneli, call-center və SMS, Email, WhatsApp, Telegram əsaslı bildiriş sistemləri daxildir.

Smart Anbar tətbiqimizlə pudo məntəqələri mobil şəkildə, əlavə avadanlıq olmadan idarə olunur.

Ödəniş sistemləri üzrə Kapital Bank, Azəricard, E-manat, Paytr və digər kanallarla inteqrasiyalar təmin etmişik.

API əsaslı sistemlərimiz Azərpoçt, Wolt, Yenipoçt, Trendyol, Temu.com və digər platformalarla uğurla işləyir.

Hazırladığımız bütün proqramlar biznesə uyğunlaşdırılır, miqyaslana bilir və gələcək inteqrasiyalar üçün tam açıq arxitekturaya sahibdir.

Məqsədimiz – texnologiya ilə logistika proseslərinizi tam avtomatlaşdırmaq və rəqabət üstünlüyü yaratmaqdır.

Logistikada AI və proses avtomatlaşdırması

AI funksiyaları etiket və sənəd məlumatlarının tanınması, müraciətlərin təsnifatı və hesabatların xülasəsi kimi uyğun mərhələlərdə istifadə oluna bilər. Hər funksiya real əməliyyat nümunələrində yoxlanılır; etibarı aşağı nəticələr üçün operator yoxlaması və sistemlərarası məlumat nəzarəti saxlanılır.

Layihəyə necə başlayırıq?

Əvvəlcə prosesi, mövcud sistemləri və uğur meyarlarını müəyyənləşdiririk. Sonra prototip, inteqrasiya və yoxlama mərhələlərini razılaşdırırıq. Müddət və qiymət bu iş həcminə əsasən hesablanır.

Layihənizi müzakirə edək