ZAMEXPRESS
Zamexpress ölkədaxili kuryer və karqo sistemini tam avtomatlaşdırmaq məqsədi ilə hazırlanmış unikal platformadır. Proqramın UX/UI dizayn standartları istifadəçilərə rahat interfeys, şirkətlərə isə yüksək səviyyəli funksionallıq təqdim edir.
Platforma iki çatdırılma növünü dəstəkləyir: filiallar arası və kuryer ilə birbaşa ünvana. Müxtəlif onlayn ödəniş sistemləri inteqrasiyası, korporativ şirkətlər üçün şəxsi kabinet və multifunksional tarif sistemi sayəsində prosesləri daha da optimallaşdırmaq mümkündür.
Backend tərəfində əsas xüsusiyyətlər:
- Partnyor şirkətlərlə inteqrasiya: Demircargo, Morex.az, 166Karqo, Kargolux və s.
- Sifarişlərin yaradılması və çeşidlənməsi: Bağlamaların avtomatik kateqoriyalara bölünməsi və anbar sistemi ilə sinxronizasiya.
- Kassa modulu: Bağlamaların müştəriyə təhvili, ödənişin qəbul edilməsi və hesabatların hazırlanması.
- Kuryer marşrut sistemi: Xəritə üzərindən avtomatik marşrut yaradılması, kuryerlər üzrə hesabat və regionların xəritədə idarə olunması.
Məhz marşrut planlama və xəritə üzərində ərazi bölməsi Zamexpress-in ən önəmli üstünlüklərindəndir. Bu xüsusiyyət sayəsində ölkədaxili çatdırılma xərcləri və zamanı azalır, kuryerlərin iş yükü optimallaşır.
Biz həm vebsayt hazırlanması, həm də UI/UX dizayn xidmətləri göstərərək, sizin işinizi daha da asanlaşdırırıq. Zamexpress-in ölkədaxili çatdırılma və karqo sistemi sahəsindəki üstünlüklərini öz biznesinizə tətbiq etməklə, müştəri məmnuniyyətini yeni səviyyəyə qaldıra bilərsiniz.