VADI KARQO

Sifarişçi Vadi.az
Xidmət Dizayn & UI/UX,Proqram təminatı,Veb dizayn,Vebsaytların hazırlanması,API və sistem inteqrasiyası,UI/UX dizayn,Logistika həlləri,TMS (Nəqliyyat İdarəetmə Sistemi),Anbar İdarəetmə Sistemi (WMS),AI həlləri və inteqrasiyalar,OCR, STT və TTS inteqrasiyaları,Smart karqo sistemi,Bulud texnologiyaları və serverlər,Server idarəetməsi və məlumat təhlükəsizliyi,Data backup və bərpa həlləri
Keçid https://vadi.az

Təqdim etdiyimiz karqo vebsaytı ölkədaxili və beynəlxalq bağlamaların çatdırılmasında sürətli və etibarlı xidmət göstərmək məqsədi ilə hazırlanmışdır. Bu sistem müştəri məlumatlarından tutmuş bağlamaların qəbulu, izlənilməsi və ödənişlərə qədər bütün prosesləri idarə etməyə imkan verən Karqo sistemi    ilə təchiz edilib.

Kuryer sistemi, anbar inteqrasiyası və Smart Customs (Azərbaycan gömrük sistemi) ilə sinxron işləmə xüsusiyyəti, həm xaricdən ölkəyə bağlama çatdırılmanı, həm də ölkə daxilində sürətli kuryer xidmətlərini effektiv idarə etməyə şərait yaradır. Trendyol kimi populyar onlayn ticarət platformaları ilə API inteqrasiyası isə müştərilərin sifariş məlumatlarının avtomatik ötürülməsini təmin edir.

UI/UX dizayn prinsiplərinə uyğun olaraq mobil dostu (responsive) interfeys sayəsində istifadəçilər mobil telefondan, planşetdən və masaüstü kompüterdən sayta daxil olduqda rahatlıqla sifarişlərini idarə edə, çatdırılma qiymətini kalkulyator vasitəsilə hesablaya və onlayn ödənişlər həyata keçirə bilirlər.

Texniki cəhətdən sayt SEO dostu link strukturuna malikdir, 404 səhifəsi ilə yanlış keçidlər idarə olunur, sosial şəbəkələrdə paylaşım üçün Open Graph dəstəyi mövcuddur, və ayrıca inteqrasiyalardan (Google Analytics, Google Tag Manager və s.) istifadə etməklə digital marketinq mütəxəssisləri üçün geniş imkanlar yaradılır.

Website Design CRM