KOLIPLUS KARQO
Sifarişçi
Koliplus.com
Xidmət
Proqram təminatı,Veb dizayn,Vebsaytların hazırlanması,API və sistem inteqrasiyası,Biznes proseslərinin avtomatlaşdırılması,Sifariş və müştəri İdarəetmə Sistemləri,Bulud texnologiyaları və serverlər,Server idarəetməsi və məlumat təhlükəsizliyi,Data backup və bərpa həlləri
Keçid
https://koliplus.com
Müştərilərin bağlamalarını rahatlıqla idarə edə bilməsi üçün Koliplus karqo şirkətinə xüsusi vebsayt və karqo idarəetmə sistemi hazırladıq. Bu sistem, sifarişlərin asanlıqla idarə edilməsini, ödənişlərin təhlükəsiz şəkildə həyata keçirilməsini və bağlamaların izlənməsini təmin edir.
Görülən İşlər:
Vebsayt Dizaynı və Proqramlaşdırma
- Mobil və masaüstü uyğun interfeys (responsive dizayn).
- İstifadəçi dostu naviqasiya ilə asan sifariş və idarəetmə.
- SEO dostu link strukturu və sürətli yüklənən səhifələr.
Karqo İdarəetmə Sistemi
- Bağlamaların qeydiyyatı və izlənməsi: Müştərilər bağlamalarının statusunu real vaxt rejimində görə bilirlər.
- Sifarişlərin operativ idarə olunması: Müştərilər sifarişlərini əlavə edə, tarifləri yoxlaya və ödənişlərini həyata keçirə bilərlər.
- Ödəniş və balans idarəetməsi: Müştərilər balanslarını artırıb çatdırılma xərclərini rahatlıqla ödəyə bilirlər.
Kuryer Xidməti və Onlayn Ödənişlər
- Kuryer xidməti: Müştərilər bağlamalarını birbaşa ünvana çatdırılma üçün sifariş edə bilərlər.
- Ödəniş sistemləri ilə inteqrasiya: Kapital Bank, PayTR, Emanat və digər ödəmə metodları.
- Çatdırılma tariflərinin hesablanması: Tarif kalkulyatoru ilə müştərilər ödənişləri əvvəlcədən hesablaya bilirlər.
Müştəri və Sifarişlər Üçün Şəxsi Kabinet
- Müştərilər üçün şəxsi kabinet: İstifadəçilər sifarişlərini izləyə, balanslarını yoxlaya və bildirişlər ala bilərlər.
- Avtomatik bildirişlər: Bağlama statusu dəyişdikdə SMS və e-poçt bildirişləri göndərilir.
Siz də e-ticarət və logistika sahəsində innovativ və effektiv həll axtarırsınızsa, bizimlə əlaqə saxlayın!
Website
Design
CRM