KARGOFLEX MOBİL TƏTBİQİ

Sifarişçi Kargoflex
Xidmət Dizayn & UI/UX,Proqram təminatı,Mobil tətbiqlərin hazırlanması,Mobil tətbiqlərin dizaynı,API və sistem inteqrasiyası,UI/UX dizayn,Logistika həlləri
Keçid https://play.google.com/store/apps/details?id=az.kargoflex.app

Kargoflex üçün tərtib etdiyimiz mobil tətbiq ən müasir dizayn standartlarına əsaslanaraq, istifadəçilərə bağlamaları real vaxtda izləmək və onlayn ödənişləri sadə şəkildə etmək imkanı verir. Bu, kuryer və logistika proseslərinə hərtərəfli nəzarət etməklə yanaşı, müştərilərə daha tez və təhlükəsiz xidmət göstərir.

Hazırladığımız həll, mövcud Karqo sistemi ilə tam şəkildə sinxronlaşdırılır. Bu sistem şirkətlərə, həm ölkədaxili, həm də beynəlxalq yükdaşımaları avtomatlaşdırmağa və hər mərhələni — sifarişin yüklənməsindən çatdırılmasına qədər — ardıcıl izləməyə şərait yaradır. Nəticədə, logistika fəaliyyətlərinin optimallaşdırılması və müştəri məmnuniyyətinin yüksəldilməsi təmin olunur.

Mobil tətbiqin əsas üstünlükləri:

  • Sifarişlərin qeydiyyatı və izlənməsi: İstifadəçilər bağlamaların son statusunu asanlıqla əldə edir.
  • Bildiriş sistemi: Yeniliklər, endirimlər və kampaniyalar barədə avtomatik məlumatlandırma.
  • Onlayn ödəniş modulu: Fərqli ödəniş üsulları ilə sürətli, etibarlı və rahat ödənişlər.
  • Aksiyalar və xəbərlər bölməsi: Son təkliflər, endirimlər və şirkət yenilikləri burada toplanır.