JYSK.AZ
JYSK.az onlayn alış-veriş saytı, sıfırdan hazırlanmış unikal e-ticarət həllimizdir. Burada beynəlxalq brendlərin tələblərinə uyğun müasir dizayn konsepsiyası tətbiq edilmiş, müştərilərin rahatlığı üçün geniş məhsul kataloqu və filtrləmə imkanları yaradılmışdır.
Platformada qeydiyyat və sifariş prosesləri maksimum sadələşdirilmiş, alıcıların asan şəkildə onlayn alış-veriş etməsinə şərait yaradılmışdır. Müxtəlif ödəniş sistemləri ilə inteqrasiya (bank kartları, elektron pul kisələri və s.) həyata keçirilmiş, həmçinin mühasibatlıq və anbar əməliyyatlarını avtomatlaşdırmaq üçün 1C inteqrasiyası uğurla tətbiq olunmuşdur.
Saytın bütün proqramlaşdırma işləri zamanı SEO prinsipləri nəzərə alınmış, açar sözlərə (e-ticarət, onlayn alış-veriş, 1C inteqrasiya, ödəniş sistemləri və s.) uyğun optimallaşdırma aparılmış, yükləmə sürətinə və mobil uyğunluğa xüsusi önəm verilmişdir.
Bu platforma, e-ticarət fəaliyyəti ilə məşğul olan müəssisələr üçün ideal nümunədir. Siz də oxşar həllə sahib olmaq və ya mövcud sisteminizi təkmilləşdirmək üçün bizə müraciət edə bilərsiniz.