EYOL MOBİL TƏTBİQİ

Sifarişçi Eyol Karqo
Xidmət Proqram təminatı,Mobil tətbiqlərin hazırlanması,Mobil tətbiqlərin dizaynı,API və sistem inteqrasiyası,Logistika həlləri

Eyol karqo şirkəti üçün xüsusi olaraq hazırladığımız bu mobil tətbiq müasir UX/UI dizayn standartlarına cavab verir. Tətbiq istifadəçilərə qeydiyyat və sifarişləri izləmək imkanı yaradır, həmçinin onlara onlayn ödəniş etmək rahatlığını təqdim edir.

Sistemi əvvəlcədən hazırladığımız KARQO CRM və anbar sistemi ilə inteqrasiya etmişik. Bu sayədə şirkətlər öz iş proseslərini avtomatlaşdıraraq, yük göndərişi, daşınma və çatdırılma mərhələlərini real vaxtda idarə edə bilirlər.

Mobil tətbiqin əsas xüsusiyyətləri:

  • Qeydiyyat və sifariş izləmə: İstifadəçilər bağlamalarını izləyə, çatdırılma statusunu öyrənə bilərlər.
  • Bildiriş göndərmə imkanı: Kampaniyalar, endirimlər və yeniliklər barədə sürətli məlumatlandırma.
  • Onlayn ödəniş inteqrasiyası: Müxtəlif ödəniş üsulları ilə sürətli və etibarlı ödəniş.
  • Kampaniyalar və xəbərlər bölməsi: Müştəriləri cəlb etmək üçün özəl təkliflərin və son yeniliklərin nümayişi.

Mobil tətbiq hazırlamaq və ya e-ticarət saytı qurmaq niyyətindəsinizsə, peşəkar həllər üçün bizimlə əlaqə saxlamağınız kifayətdir. Karqo sistemi, kargo CRM, anbar inteqrasiyası və daha çoxunu təcrübəli komanda ilə gerçəkləşdiririk.

Mobil tətbiq və UI/UX dizayn