Vebsaytınız biznesiniz haqqında nə deyir?
Hamımız bilirik ki, ilk təəssürat böyük əhəmiyyət kəsb edir. Təsəvvür edin, prestijli bir restoranda oturmusunuz, lakin xidmət səviyyəsi aşağıdır. Böyük ehtimalla həmin restorana yenidən getmək istəməyəcəksiniz.
Eyni şəkildə, əgər vebsaytınız professional səviyyədə deyilsə, istifadəçilərə ilk anda mənfi təəssürat yaranacaq. Buna görə də, vebsaytınızın biznesiniz haqqında düzgün məlumatlar ifadə etməsi vacibdir.
Vebsaytınız bu suallara müsbət cavab verməlidir.
Dizayna kifayət qədər diqqət yetirilibmi?
Görünüşü yaxşı olan vebsayt istifadəçidə inam yaradır. İnsanlar düşünür ki, saytın dizaynına diqqət yetirən şirkət məhsul və xidmətlərə də eyni həssaslıqla yanaşır.
Statistikalara görə, istifadəçilərin 60%-i dizayn gözləntilərinə uyğun gəlməyən saytları bir neçə saniyə ərzində tərk edir, bu isə rəqibləriniz üçün böyük üstünlük yaradır.
Gözə yorucu olmayan şriftlər, düzgün rəng seçimi və əsas məhsulların uğurla önə çıxarılması istifadəçidə müsbət təəssürat yaradır və onun saytda qalma müddətini artırır.
Bundan sonra isə saytın UX dizaynının uğurlu olması və kontentin cəlbedici şəkildə yazılması böyük rol oynayır. Aydın izah edən videolar, qısa və sadə mətnlər, düzgün istifadə olunan ikonlar, diqqət çəkici qrafik və rəqəmlər potensial müştərilərin saytda qalmasına və satışların artmasına kömək edir.
Biznesin əsas məqsədi saytda aydın təqdim edilibmi?
Burada da ilk bir neçə saniyə qaydası tətbiq olunur. Ziyarətçiyə nə təklif etdiyinizi qısa zamanda aydın şəkildə çatdırmalısınız.
Əgər suallar qalsa, istifadəçi "Haqqımızda" bölməsinə daxil olacaq. Bu bölmə informativ və dolğun olmalı, mətnlər vizual izahlarla dəstəklənməlidir.
Bazarda lider olmaq istəyirsiniz?
Liderlik yalnız rəqiblərdən üstün olmaq deyil, eyni zamanda B2B modelində də güclü olmaq deməkdir. B2B saytları sıravi istifadəçilər üçün deyil, böyük şirkətləri cəlb etmək üçün hazırlanır.
Veb sayt təkcə məlumat vermir, həm də biznesin rəqəmsal və avtomatlaşdırılmış şəkildə işləməsinə şərait yaradır. Müştərilər bu portala daxil olub qeydiyyatdan keçməklə bütün biznes əməliyyatlarını buradan həyata keçirə bilərlər.
Saytınız mobil responsive-dirmi?
Vebsaytınıza daxil olan hər kəsin potensial müştəri olduğunu qəbul edirsinizsə, saytınız mobil cihazlarda da mükəmməl işləməlidir.
Responsive dizayn nədir?
Responsive saytlar hər növ ekran ölçüsünə – mobil telefon, tablet və ya kompüterə – uyğunlaşa bilən saytlardır.
Şəkillər və digər dizayn elementləri cihaz ölçülərinə uyğun avtomatik tənzimlənir. Əgər saytınız responsive deyilsə, indi yeniləmə vaxtıdır.
Məhsullarınızla maraqlanan istifadəçi mobil cihazda da eyni keyfiyyəti hiss etməlidir. Ekranın çox hissəsini sadəcə bir loqo və ya şəkil əhatə edirsə, o istifadəçi müştəriyə çevrilməyəcək.