SEO və SEM arasındakı fərq

13 Sep, 2024

GERİ

Biznesin rəqəmsal marketinq strategiyasında  bir çox taktiklər mövcuddur. Bunlardan ən əsası SEO və SEM adlanır.

SEO vebsaytınızın texniki, kontent, saytdaxili davamlı optimizasiya edilməklə axtarış motorlarında (GOOGLE) ön cərgələrə qaldırılmasıdır.

SEM isə ödənişli internet marketinq alətidir. Hər hansı xidmətlə bağlı açar sözlə axtarış etdiyiniz vaxt SEM səhifələri yuxarısında "Reklam" yazısı olmaqla görsənir.

SEM GOOGLE'UN PPC (pay per click) texnologiyası əsasında edilir, yəni reklam olunmuş səhifələrə hər klik edilən zaman ödəniş edilir.

Bəs çox zaman qarışdırılan bu iki anlayış arasında hansı fərqlər var?

 

1. SEO strategiyası ilə veb saytlar organik axtarış səhifələri kimi önə çıxır. Buna görə SEO ilə nəticə əldə etmək bir qədər vaxt alır. Belə ki, SEO 2 aydan 8 aya kimi müddətdə nəticə verir.SEM isə GOOGLE'un reklam kompaniyasına qoşulan kimi veb saytları ilk axtarışlardaca ən yuxarı sıralara çıxardır. Bunlar "paid search results" adlanır.

2. Praktika əsasında müəyyən edilmişdir ki, insanlar çox hallarda reklam olmayan, organik səhifələrə klik edirlər. Bu da SEO-nun önəmini artırır. Üstəlik SEM olunmuş səhifələr üçün GOOGLE'a hər klikə görə ödəniş edilir, SEO strategiyası zamanı isə ümumi kompaniya üçün birdəfəlik ödəniş olunur.

3. İzləyici görünürlüyünə görə SEM taktikasıyla ön cərgələrə çıxmış səhifələr ancaq müəyyən qrup insanlara görünəcək. SEO ilə axtarışlarda əvvəldə yer alan səhifələr isə hər kəsə görünə bilər ki, bu da saytın trafikinə təsir edir.

 

SEO və SEM arasında fərqləri daha dərindən anladıqdan sonra biznes üçün seçim etməliyik: Rəqəmsal marketinq strategiyamız üçün hansından istifadə edək?

• Əgər səylərinizin qısa müddətdə nəticəsini görmək istəyirsinizsə, SEM ən uyğunudur. Yaxud biznesinizə bir müddət zaman tanımaqla saytınızın google'da ön sıralarda qalıcılığını təmin etmək istəyirsinizsə, SEO taktikasından istifadə edin

• Saytınızda köklü optimizasiya edərək onu "dərindən" yeniləmək və daimi müştərilərinizi artırmaq istəyirsinizsə, uzunmüddətə nəticə verən SEO'nu seçin və ya sadəcə reklam edəcəyiniz xidmət yaxud məhsul üçün axtarışda mümkün açar sözləri yaratmaqla yuxarı qalxmaq arzusundasınızsa, SEM sizin üçün effektivdir.